Bankçılıq
70

AMB-də Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə görüş olub

AMB-də Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə görüş olub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının baş icraçı direktoru Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

"Renkinq" AMB-yə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanları müzakirə edilib.

Ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və bankların gələcək maliyyələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bölmədən olan bütün xəbərlər