Büdcə
74
Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb

Bakı / 13.09.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 431,2 milyon manat, xərcləri isə 20 649,7 milyon manat təşkil edib.
“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2% və 13,8% çoxdur.
Son nəticədə büdcədə 218,5 milyon manat kəsir yaranıb. Xatırladaq ki, ötən ilin eyni dövründə büdcədə 2 032,9 milyon manat qalıq olmuşdu.