Bankçılıq
65
"Rabitəbank" səhmdarlarına dividend ödəyib

Bakı / 13.09.2023 / Renkinq:
"Rabitəbank" ASC 2022-ci ilin maliyyə nəticələrini əsasında səhmdarlarına 10 milyon manat dividend ödəyib.
"Renkinq" bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Məlumata görə, dividend ödənişi barədə qərar "Rabitəbank"ın səhmdarlarının bu il yanvarın 27-d keçirilmiş ənənəvi ümumi yığıncağında qəbul edilib.