Bankçılıq
88

"Access Bank" Ağcabədidə!

"Access Bank" QSC filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, sayca 32-ci filialını Ağcabədi şəhərində təqdim edib. Yeni filial şəhərin mərkəzində - Həzi Aslanov küçəsi, 17 ünvanında yerləşir.

"Ağcabədi" filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, həm biznes, həm də istehlak kreditləri, plastik kartlar kimi  bank xidmətləri təklif edilir. 

"Access Bank" filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi işlərini çərçivəsində "Binəqədi", "Mərdəkan", "Lənkəran", "Bakıxanov" filiallarında yenidənqurma işləri aparıb, "Şəmkir", "Naxçıvan" və "Qəbələ" filiallarının isə açılışını reallaşdırıb. 

"Access Bank"ın xidmət şəbəkəsi ilə tanış olmaq üçün:

https://bit.ly/3MxKt8Y 

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yaxud Bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedIn) hesablarına daxil olmaq olar.

“Access Bank” xidmətlərini Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

Bölmədən olan bütün xəbərlər