Büdcə
64
Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini 10 milyon dollar azaldıb

Bakı / 13.09.2023 / Renkinq:
Bu ilin I yarısında Azərbaycan xalis maliyyə aktivlərini 10 milyon ABŞ dolları azaldıb.
"Renkinq" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, azalmanı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 102,5 milyon dollar azalması (ötən ilin eyni dövründə artıb), portfel investisiyalarının 500,6 milyon dollar artması (78,5% çox), digər investisiyaların isə 408,1 milyon dollar azalması (ötən ilin eyni dövründə artıb) təmin edib.