Sığorta
73
“Qala Həyat Sığorta”nın yığımları 30% artıb

Bakı / 13.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Qala Həyat Sığorta” ASC 15 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 5,3% azalaraq 1,65 milyon manat olub.