Sığorta
79
“PAŞA Sığorta”nın yığımları 37% artıb

Bakı / 13.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “PAŞA Sığorta” ASC 188,9 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 8,4% artaraq 45,1 milyon manat olub.