Sığorta
80
“PAŞA Həyat Sığorta”nın yığımları 32% artıb

Bakı / 13.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “PAŞA Həyat Sığorta” ASC 327 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 26,5% artaraq 150,9 milyon manat olub.