Bankçılıq
50
Azərbaycan banklarının aqrar sektora kredit qoyuluşu 13% azalıb

Bakı / 13.09.2023 / Renkinq:
Bu il avqustun 1-nə Azərbaycan banklarının aqrar sektora kredit qoyuluşu 496,4 milyon manat təşkil edib.
Bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il avqustun 1-i ilə müqayisədə 13,1% azdır.