Büdcə
62
Azərbaycanın cari əməliyyatlar balansının qalığı 2 dəfə azalıb

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 5 154,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.
"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,1% və yaxud 2 dəfə azdır.
Ümumi qalıq ölkənin xarici ticarət balansındakı 7 488,9 milyon dollarlıq qalıq (42,5% az), xidmətlər balansındakı 1 113,8 milyon dollarlıq kəsir (16,4% az), ilkin gəlirlər balansındakı 1 817,6 milyon dollarlıq kəsir (31,5% az) və təkrar gəlirlər balansındakı 597,1 milyon dollarlıq qalıq (2,2 dəfə az) hesabına formalaşıb.
“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 14,5%-ni təşkil edib. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in qalığı 34,5% azalaraq 8,2 milyard dollara düşüb, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 37,8% artaraq 3,1 milyard dollara çatıb", - deyə AMB bəyan edib.