Büdcə
66
Azərbaycanın tədiyyə balansının qalığı 13% artıb

Bakı / 12.09.2023 / Renkinq:
Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 5 245 milyon ABŞ dolları təşkil edib.
"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 5 154,6 milyon dollarlıq qalıq (1 il əvvələ nisbətən 50,1% az), kapital hesabındakı 6,8 milyon dollarlıq kəsir (68 dəfə çox), maliyyə hesabındakı 508,6 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), balanslaşdırıcı maddələr üzrə 411,4 milyon dollarlıq kəsir (3,1% çox) hesabına formalaşıb.