Bankçılıq
61

“Qafqaz İnkişaf Bankı”nın əmlakı III dəfə hərraca çıxarılır

“Qafqaz İnkişaf Bankı”nın əmlakı III dəfə hərraca çıxarılır

Sentyabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin daşınmaz əmlakının satışı üzrə III dəfə açıq hərrac keçiriləcək.

“Renkinq” xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanında yerləşən 0,8 hektar torpaq sahəsindən gedir. Əmlaka 2,55 milyon manat qiymət qoyulub. Bu, ilkin qiymətlə müqayisədə 15% azdır. 

Bölmədən olan bütün xəbərlər