Büdcə
57
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% artıb

Bakı / 12.09.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 159,4 milyon manat təşkil edib.
“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18% artaraq 1 068,831 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4% artaraq 2 912,714 milyon manat, aksizlər üzrə daxilolmalar 38,8% artaraq 147,605 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 28,1% azalaraq 30,251 milyon manat olub.