Sığorta
67
"Naxçıvan Sığorta"nın yığımları 23% artıb

Bakı / 12.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Naxçıvan Sığorta” ASC 1,7 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 83,1% artaraq 0,5 milyon manat olub.