Sığorta
55
"Aqroservis" sığortaçı seçir

Bakı / 11.09.2023 / Renkinq:
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
“Renkinq” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 29-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 9-u, saat 18:00-a qədər "Aqroservis"in Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 10-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.