Bankçılıq
73
Azərbaycan banklarında korporativ idarəetmə standartları yenilənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda korporativ idarəetmə standartları”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
"Renkinq" xəbər verir ki, qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, yaxın 1 il ərzində yerli banklarda Korporativ İdarəetmə Komitəsi yaradılmalıdır.
Bundan başqa, qərarla ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 30 yanvar 2019-cu il tarixli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 27 iyun 2019-cu il tarixli qərarları ləğv edilib.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, qərarı 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.