Bankçılıq
88

"Bank Respublika" aztəminatlı ailələrə dəstəyini davam etdirir

Ölkəmizin aparıcı banklarından biri olan "Bank Respublika" ASC aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə Özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.

Bankın əməkdaşları ötən həftə Göyçay rayonunda sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan verib.

Özünüməşğulluq layihəsi çərçivəsində "Bank Respublika" indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər ilin sonuna qədər ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər