Sığorta
79
"Azsığorta"nın yığımları 24% azalıb

Bakı / 11.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Azsığorta” ASC 5,4 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə 24,1% azdır.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 27,3% artaraq 6,1 milyon manat olub.