Sığorta
78
“Azərbaycan Sənaye Sığorta”nın yığımları 19% artıb

Bakı / 11.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Sənaye Sığorta” ASC 10,8 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 96,9% artaraq 5 milyon manat olub.