Büdcə
61
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 746 minə yaxınlaşıb

Bakı / 08.09.2023 / Renkinq:
Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7% çox – 745,6 min olub.
“Renkinq” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunun 43,6 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 9,3% çoxdur.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 5% artaraq 198,7 minə çatıb.