Sığorta
63
“Atəşgah Sığorta”nın yığımları 32% artıb

Bakı / 08.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Atəşgah Sığorta” ASC 21,2 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 27,1% artaraq 9,6 milyon manat olub.