Sığorta
46
“Atəşgah Həyat Sığorta”nın yığımları 30% artıb

Bakı / 08.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Atəşgah Həyat Sığorta” ASC 38,4 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 6,1% artaraq 14,15 milyon manat olub.