Digər
65
"Azvirt"in xalis mənfəəti 37% artıb

Azərbaycanın aparıcı tikinti şirkəti “AzVirt” MMC 2022-ci ili 8,938 milyon manat xalis mənfəətlə başa vurub.
“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 36,9% çoxdur.
Bu il yanvarın 1-nə “AzVirt”in aktivləri 385,364 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,6% azalaraq 326,264 milyon manata düşüb, balans kapitalı isə 0,1% artaraq 59,1 milyon manata çatıb.
“AzVirt” 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir.