İnvestisiya
64
"Bakı Fond Birjası"nın dövriyyəsi 50% artıb

Bakı / 07.09.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 929,432 milyon manat təşkil edib.
“Renkinq" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 49,7% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 42,7% artaraq 7 898 olub.
BFB-nin dövriyyəsinin 39,9%-i, yaxud 5 155,747 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,9% çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 44,9% artaraq 899,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,1 dəfə artaraq 6 874,046 milyon manat olub.