İnvestisiya
44

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" istiqrazlarına görə ilk faizləri ödəyib

Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin mart ayında dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində istiqrazlarına görə ilk faiz ödənişini həyata keçirib.

Bu barədə “Renkinq”ə ASCO-dan bildirilib. 

Məlumatda deyilir ki, istiqraz sahiblərinin bank hesablarına 3 milyon ABŞ dolları vəsait köçürülüb. 

Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 6%-dir. Faizlər 6 ayda bir dəfə ödənilir. 

“ASCO istiqrazları”na abunə yazılışı 29 dekabr 2022-ci il tarixindən başlayıb və 28 fevral 2023-cü tarixinə qədər davam edib.

İstiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldilib. Eyni zamanda, istiqrazlar ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. 

Bölmədən olan bütün xəbərlər