Sığorta
59
Azərbaycanda digər icbari sığorta növlərinin bazarı 4% böyüyüb

Bakı / 07.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda digər icbari sığorta bazarı üzrə 23 min manat sığorta haqqı toplanılıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 57,7% azalaraq 0,3 milyon manat olub.