Sığorta
46

Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı 13 fiziki şəxsə və 1 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə "Renkinq"ə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar sentyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabatın təqdim edilməməsinə görə dayandırılıb. 

Bölmədən olan bütün xəbərlər