Sığorta
63

Azərbaycanda kreditlərin sığortası bazarı 3 dəfə böyüyüb

Azərbaycanda kreditlərin sığortası bazarı 3 dəfə böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kreditlərin sığortası üzrə 1,25 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Ötən 7 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 500 manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb). 

Bölmədən olan bütün xəbərlər