İnvestisiya
90
"Bakı Fond Birjası"nın Müşahidə Şurasına yeni sədr təyin olunub

Bakı / 04.09.2023 / Renkinq:
"Bakı Fond Birjası" QSC-nin Müşahidə Şurasının (MŞ) sədri vəzifəsinə təyinat olub.
"Renkinq" BFB-yə istinadən xəbər verir ki, bununla bağlı qərar Birjanın səhmdarlarının avqustun 30-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, sözügedən vəzifə Fərid Axundova həvalə olunub.
O, 2007-2015-ci illərdə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri olub, son 8 ildə isə Bankın MŞ-nın üzvü kimi fəaliyyət göstərib.