Büdcə
93
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 25% artıb

Bakı / 04.09.2023 / Renkinq:
Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 364,4 milyon ABŞ dolları təşkil edib.
“Renkinq” quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,3% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,1%, son 1 ildə isə 24,8% artıb.