Büdcə
125
Azərbaycandakı valyuta hərraclarındakı satış 32% azalıb

Bakı / 31.08.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 295,8 milyon ABŞ dolları məbləğində satış olub.
“Renkinq” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 452 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6% çoxdur.