Büdcə
93

Azərbaycanda maliyyə auditinin əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda maliyyə auditinin əhatə dairəsi genişləndiriləcək

Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji İnkişaf Planında maliyyə auditinin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı aralıq nəticə nəzərdə tutulub.

“Renkinq” xəbər verir ki, bunu Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Bakıda keçirilən Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısında Palatanın auditoru Hilal Hüseynov bildirib.

O, son iki ildə bu istiqamətdə görülən işlərdən danışıb: "Gördüyümüz tədbirlərə beynəlxalq standartlara əsaslanan maliyyə audit üzrə təlimatın hazırlanması, il ərzində keçirilən maliyyə auditlərinin sayının artması, maliyyə auditində risk əsaslı və nəzarət yönümlü yanaşmaların tətbiqi, kadr potensialının gücləndirilməsində peşəkar sertifikatlaşmaya diqqət yetirilməsi və digər tədbirlər aiddir".

"Azərbaycanda son illər dövlət maliyyəsinin idarə edilməsində aparılan islahatlar uçot və hesabatlılıq sahəsini də əhatə edib. Burada xüsusilə "Mühasibat uçotu haqqında" Qanunda edilmiş dəyişikliklər vurğulanmalıdır. Dəyişikliklərə əsasən ölkəmizdə mühasibat uçotu subyektləri beynəlxalq uçot standartları tətbiq etməlidir", - deyə H.Hüseynov əlavə edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər