Büdcə
89
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Alt komitəsinin illik toplantısı işə başlayıb

Bakıda Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısı işə başlayıb.
“Renkinq” xəbər verir ki, toplantıda Palatanın auditoru Hilal Hüseynov çıxış edib.
O, Alt komitənin gördüyü işlər barədə ümumi məlumat verərək maraqlı tərəflərin dövlət sektorundan gözləntilərindən, dövlət maliyyəsinin idarəedilməsinin modernizasiyasından, o cümlədən uçot və hesabatlılıq sahəsində aparılan islahatların audit sahəsində əhəmiyyətli dəyişikliklərə təkan verməsindən bəhs edib.
Tədbir Birləşmiş Ərəb Əmirliklərinin, Avstriyanın, ABŞ-ın və digər ölkələrin nümayəndələrinin çıxışları ilə davam edib.
Tədbirdə INTOSAI səviyyəsində əldə edilmiş son nailiyyətlərdən, ali audit orqanlarının beynəlxalq standartlarında edilmiş dəyişikliklərdən, həmçinin üzv ali audit orqanların maliyyə auditi sahəsindəki təcrübələrindən, tətbiq edilən audit metodologiyaları ilə əlaqədar qarşıya çıxan çətinliklərdən danışılacaq.
Mənbə: REPORT