İnvestisiya
100

“Unibank” 20 milyon manatlıq istiqraz buraxır

“Unibank” 20 milyon manatlıq istiqraz buraxır

Azərbaycan Mərkəzi Bankı "Unibank" ASC-nin 20 milyon manatlıq istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

“Renkinq” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 200 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" MMC-də yerləşdiriləcək. İstiqrazlar 1 il tədavüldə olacaq. Onların illik faiz dərəcəsi 11,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. 

Bölmədən olan bütün xəbərlər