Büdcə
115
Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 39% artıb

Bakı / 22.08.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 47,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38,9% çoxdur.
"Renkinq" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 7 aylıq daxilolmaların 3,6 milyon manatı qeyri-yaşayış sahələrinin, 15,7 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.
Hesabat dövründə 1 915 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 1 il əvvələ nisbətən 15% azdır. İcarə müqavilələrinin 418-i qeyri-yaşayış sahələrinə, 1 497-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16% və 14,7% azdır.