Büdcə
100

Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib

Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

“Renkinq” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "MY Expert Audit" MMC-dir.

Qalib şirkətə 3,7 min manat ödəniləcək

Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.

Bölmədən olan bütün xəbərlər