Büdcə
95
Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Bakı / 21.08.2023 / Renkinq:
Bu il iyulun 1-nə Azərbaycanda debitor borcların məbləği 3 150 milyon manat təşkil edib.
“Renkinq” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "2023-cü ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına dair yarımillik məlumata Xülasə"də bildirilir.
Sənədə əsasən, ölkədə debitor borclar ilin əvvəli ilə müqayisədə 95,9 milyon manat və yaxud 3,1%, ötən il iyulun 1-nə nisbətən isə 1 006,4 milyon manat və yaxud 46,9% çoxdur.
Xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar üzrə yaranan borclar bu məbləğə daxil edilmir.