Digər
76
Azərbaycanda ictimai iaşə dövriyyəsi 24% böyüyüb

Bakı / 18.08.2023 / Renkinq:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 938,8 milyon manat təşkil edib.
Bu barədə “Renkinq”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.