Digər
96

Azərbaycanda istehlak bazarı 5% böyüyüb

Azərbaycanda istehlak bazarı 5% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat təşkil edib.

Bu barədə “Renkinq”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 535,5 manat və yaxud 1 il əvvələ nisbətən 83 manat çox vəsait xərcləyib.

Bölmədən olan bütün xəbərlər