Digər
82
Azərbaycanda mobil operatorların gəlirləri 11% artıb

Bakı / 17.08.2023 / Renkinq:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil operatorlar 550 milyon manat gəlir əldə edib.
Bu barədə “Renkinq”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
Bununla belə, son 1 ildə mobil telefon rabitəsi gəlirlərinin informasiya və rabitə gəlirlərindəki xüsusi çəkisi 39,3%-dən 38,5%-ə düşüb.