Digər
85

Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 5% artıb

Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 796,5 milyon kubmetr təbii qaz nəql edilib.

Bu barədə "Renkinq"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur.

Yanvar-iyun aylarında nəqletmənin 52,5%-i Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 10 915,1 milyon kubmetr "mavi yanacaq" ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 6,6% çoxdur. 

Bölmədən olan bütün xəbərlər