Digər
77

Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 11% artıb

Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 11% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib.

Bu barədə "Renkinq"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.

Yanvar-iyun aylarında nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 15 025,4 min ton neft ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 6,5% çoxdur.

6 ay ərzində kəmərlə 2 455,2 min ton tranzit nefti də nəql edilib. Bu isə illik müqayisədə 4% çoxdur.

Bölmədən olan bütün xəbərlər