İnvestisiya
119
Azərbaycanın maliyyə sektoru 7 ayda 101 milyon manat investisiya cəlb edib

Bakı / 15.08.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın maliyyə sektoruna investisiya qoyuluşu 101,3 milyon manat təşkil edib.
Bu barədə “Renkinq”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 60,6% çoxdur.
Hesabat dövründə maliyyə sektoruna investisiya qoyuluşu ümumi investisiya qoyuluşunun 1,1%-ni təşkil edib.