Qeyri-bankçılıq
83
Azərbaycanda 2 yeni lizinq şirkəti yaradılıb

Bakı / 14.08.2023 / Renkinq:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Zəngəzur Lizing” MMC-ni dövlət qeydiyyatına alıb.
“Renkinq” xəbər verir ki, yeni lizinq şirkətinin hüquqi ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsi, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Rövşən Yusif oğlu Rüstəmovdur.
Bundan başqa, “F-Pro Lizinq” MMC qeydiyyatdan keçib. Onun isə hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 31, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Fuad Fəxrəddin oğlu Əliyevdir.