Qeyri-bankçılıq
93
Azərbaycanın kredit ittifaqlarının faiz xərcləri dəyişməyib

Bakı / 14.08.2023 / Renkinq:
Bu ilin I yarısında Azərbaycanın kredit ittifaqları 0,04 milyon manat faiz xərcləri çəkib.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
Kredit ittifaqlarının yarım illik faiz xərclərinin hamısı 1 il bundan əvvəl olduğu kimi öhdəliklər üzrə faiz xərcləridir.