Qeyri-bankçılıq
84
Azərbaycanın kredit ittifaqlarının faiz gəlirləri 11% artıb

Bakı / 14.08.2023 / Renkinq:
Bu ilin I yarısında Azərbaycanın kredit ittifaqları 1 milyon manat faiz gəlirləri əldə edib.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
Kredit ittifaqlarının yarım illik faiz gəlirlərinin hamısı 1 il bundan əvvəl olduğu kimi kreditlər üzrə faiz gəlirləridir.