Qeyri-bankçılıq
93
Azərbaycan BOKT-larının ev təsərrüfatlarına kredit qoyuluşu 28% artıb

Bakı / 10.08.2023 / Renkinq:
Bu il iyulun 1-nə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) ev təsərrüfatlarına kredit qoyuluşu 407,7 milyon manat təşkil edib.
Bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 27,8% çoxdur.