Qeyri-bankçılıq
86
Azərbaycan BOKT-larının nəqliyyat sektoruna kredit qoyuluşu 43% artıb

Bakı / 10.08.2023 / Renkinq:
Bu il iyulun 1-nə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) nəqliyyat sektoruna kredit qoyuluşu 5,3 milyon manat təşkil edib.
Bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 43,2% çoxdur.