Sığorta
204

Azərbaycanda 15 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 15 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət 4 ay ərzində 1,002 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Xalq Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 8,278 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,3% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Sığorta" ASC-dədir. Bu şirkət ötən 4 ayda 24,134 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 58,1% azalaraq 982 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər