Büdcə
194
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox - 51,1 milyon manat vəsait köçürüb.
“Renkinq” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 4 aylıq ödənişin 40,3 milyon manatı (2,7 dəfə çox) özəlləşdirmə, 10,8 milyon manatı (24,1% çox) isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 16 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 198 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 130 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 26 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Ötən 4 ayda 1 045 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 223-ü qeyri-yaşayış, 822-si isə torpaq sahələrinə aid olub.